Yığmamızın hücumçusu rəmzi komandada yer alıb
İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

Rəmzi heyətdə “Qrasshoppers”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb.

Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Qrasshoppers” Super Liqada 16 turdan sonra 20 xalla 7-ci sıradadır.

Xəbər 197 dəfə oxundu.