Cüdoçularımız İsraildə ilin sonuncu turnirində mübarizə aparacaqlar
Dekabrın 20-22-də İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış -“Masters” turniri keçiriləcək.

Yarışda Azərbaycanı 13 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.

Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edəcək.

Xəbər 200 dəfə oxundu.