Argentinalı futbolçu Anxel Di Mariya rekorda imza atıb
Argentina millisinin üzvü Anxel Di Mariya rekorda imza atıb.

O, rekorda Qətərdə keçirilən futbol üzrə dünya çempionatının Fransa ilə final oyununda fərqlənməklə buna nail olub.

Futbolçu mundial, Amerika kuboku yarışı və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl medal qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kuboku yarışının finalında Braziliya ilə oyunda qələbə qolunu vurub.

Xəbər 187 dəfə oxundu.