Kilian Mbappe - dünya çempionatının ən sərrast futbolçusu
Qətərdə keçirilən dünya çempionatının ən sərrast futbolçusu müəyyənləşib.

Bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe sahib olub. Argentina ilə final matçında (3:3) het-trik edən 24 yaşlı hücumçu mundialı 8 qolla başa vurub.

Qeyd edək ki, həlledici qarşılaşmanın penaltilər seriyasında Fransaya qalib gələn Argentina millisi (4:2) üçqat dünya çempionu olub.

Xəbər 184 dəfə oxundu.