Argentina-Fransa matçının ilk hissəsi başa çatıb - 2:0
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçı start götürüb.

Argentina yığmasının start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares yer alıblar.

Fransa seçməsinin heyətində isə meydana Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizman, Kilyan Mbappe, Usman Dembele, Olivye Jiru çıxıblar.

Oyunda hesabı argentinalı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

Xəbər 188 dəfə oxundu.