Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları mundialın final matçını izləyirlər
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.

Aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.

Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.

Xəbər 175 dəfə oxundu.