Mihael Balalk karyerasını bitirib
Almaniya milli komandasının sabiq kapitanı Mihael Balalk karyerasını bitirib. cari mövsümdə klubsuz qalan 36 yaşlı yarımmüdafiəçi yaşıl meydanda çıxışını başa vurduğunu açıqlayıb.

Ballakın son komandasında ilk olaraq tanındığı “Bayer” olub. Oradan “Bavariya”ya keçən, ardından “Çelsi”yə keçən oyun qurucusunun yığmada çıxışı daha uğurlu olub. Belə ki, o, millinin heyətində dünya və Avropa çempionatlarının mükafatını qazanıb. Mihael kapitanı olduğu yığmanı 2002-ci ildə finala kimi çıxararaq, həlledici oyunu cəza üzündən buraxmalı olub. O, yığmada 98 oyunda 42 qol vurub.

Qeyd edək ki, Ballak millisinin heyətində yığmamızla oynayaraq, 4:0 hesabı ilə qalib gəldikləri oyunda penaltidən qol vurub.

Xəbər 958 dəfə oxundu.