Bu gün dünya çempionatının qalibi məlum olacaq
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qalib məlum olacaq.

Dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. “Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

Xəbər 155 dəfə oxundu.