Dominik Livakoviç dünya çempionatının ən yaxşı qapıçısıdır
Xorvatiyalı qapıçı Dominik Livakoviç Qətərdə keçirilən dünya çempionatında daha çox seyv edib.

27 yaşlı qapıçı hazırda reytinq cədvəlində birinci yerdədir. Livakoviçin hesabına cari çempionatın yeddi görüşündə 25 zərbə əks olunub. Bu göstəriciyə görə o, uzun müddətdir liderlik edən Voyçex Şesnini iki dəfə üstələyib. Polşa millisinin qapıçısı turnirdə cəmi dörd oyun keçirib. Andris Noppert 5 matçda 18 seyvlə üçüncüdür.

Dünya çempionatının finalında bu gün Fransa və Argentina komandaları qarşılaşacaq. Bu komandaların qapıçıları - Hüqo Lloris və Emiliano Martinez, çox güman ki, reytinqin zirvəsindəki vəziyyəti dəyişməyəcəklər, çünki onların seyvlərinin sayı müvafiq olaraq 10 və 5-dir.

Xəbər 163 dəfə oxundu.