Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqıya belə razıdır
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir.

Bunun üçün 37 yaşlı hücumçu minimum əməkhaqqıya belə razıdır.

Daha əvvəl forvardın “Real Madrid”in bazasında məşq etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci illədək "Real Madrid"inin şərəfini qoruyub. Onun son klubu isə İngiltərə "Mançester Yunayted"i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə "qırmızı şeytanlar"la yollarını ayırıb. Ronaldo bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 16 oyuna çıxıb, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun dəyəri 20 milyon avro qiymətləndirilir.

Xəbər 212 dəfə oxundu.