Xorvatiya millisinin baş məşqçisi: Bürünc medal qazanmağımız fantastikdir
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç xorvatların Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazanmasını şərh edib.

Oyunun çətin mübarizə şəraitində keçdiyini söyləyən baş məşqçi deyib: “Əldə etdiyimiz medal qızıl parıltılı bürüncdür. Çətin matç oldu, bu medal bütün xorvat xalqı, bizi alqışlayan hər kəs üçündür. Ardıcıl iki dünya çempionatında iki medal qazanmışıq. Bunu az adam gözləyirdi. Belə bir turnirdə bürünc medal qazanmağımız fantastikdir”.

Qeyd edək ki, dünya çempionatında üçüncü yer uğrunda görüşdə Xorvatiya komandası Mərakeş yığmasını məğlub edib (2:1).

Xəbər 211 dəfə oxundu.