Basketbol Liqası: “AAAF Xırdalan” turnir cədvəlinin ilk pilləsinə şərik olub
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun keçirilib.

Günün ilk görüşü “Neftçi İK” və “Sabah BK” komandaları arasında baş tutub. Fəallıqları ilə fərqlənən “Sabah BK” basketbolçuları rəqib komanda üzərində 99-81 hesablı qələbəyə seviniblər. Oyunun ən məhsuldar basketbolçuları Dennis Cons (“Neftçi İK”, 17 xal, 8 ribaund) və Fuad Niftəliyev (“Sabah BK”, 18 xal, 3 asist) seçiliblər.

Günün son oyununda “AAAF Xırdalan BK” və “Gəncə BK” basketbolçuları üz-üzə gəldilər. “AAAF Xırdalan BK” komandası üstünlük nümayiş etdirərək 85-71 hesablı qələbə qazanıb və turnir cədvəlinin ilk pilləsinə şərik olub. Bu oyunda isə Devin Pullun (“AAAF Xırdalan BK”, 33 xal, 5 ribaund) və Celon Perri (“Gəncə BK”, 20 xal, 4 ribaund) ən məhsuldar basketbolçular olublar.

Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 18-də saat 15:00-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK” və “NTD BK” komandaları arasında keçiriləcək.

Xəbər 316 dəfə oxundu.