Mərakeş yığması Xorvatiya ilə oyuna ciddi itki ilə çıxacaq
Futbol üzrə Mərakeş yığması Qətərdə keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda Xorvatiya ilə qarşılaşacaq. Afrika təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq.

Müdafiəçi Romen Saiss zədə səbəbindən vacib oyunda komandasına kömək edə bilməyəcək. Yığmanın kapitanı Fransa millisi ilə yarımfinal qarşılaşmasında (0:2) zədələnərək meydanı tərk etmişdi.

Bu gün “Xəlifə” stadionunda keçiriləcək Xorvatiya - Mərakeş qarşılaşması Bakı vaxtilə saat 19:00-da başlayacaq. Matçı qətərli FIFA referisi Əbdulrəhman Əl-Cassim idarə edəcək.

Xəbər 320 dəfə oxundu.