Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurub
Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurub.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qətərdə keçirilən dünya çempionatı dayaq yarımmüdafiəçisinin millidəki sonuncu turniri olub. Onun komandası səkkizdəbir finalda Mərakeşə penaltilər seriyasında uduzub.

Qeyd edək ki, S.Buskets yığmada 143 matçda 2 qol vurub.

Xəbər 285 dəfə oxundu.