Zidan vəzifəsindən getdi
Zinəddin Zidan «Real»ın idman direktoru vəzifəsindən gedib. İdman.com.az saytının məlumatına görə, bu məlumatı mətbuat konfransında çatdıran klubun baş məşqçisi Joze Maurinyu fransalının diqqəti sırf məşqçilik fəaliyyətinə yönəltmək üçün bu addımı atdığını söyləyib:«O, hesab edir ki, məşqçi olaraq, daha xoşbəxt olacaq».

Gənclərlə işləmək istəyən Zidan mövsümün əvvəlindən komandanın ehtiyat heyəti ilə işləməyə başlayıb. İndi o, iki cəbhəyə parçalanmadan qurtulacaq.
Zidan gənclərlə işdə qapanıb qalmaq niyyətində də deyil. Maurinyunun sözlərinə görə, gələcəkdə o, Fransada məşqçilik fəaliyyətini davam etmək fikrindədir.

Xəbər 938 dəfə oxundu.