Mahir Emrelinin çıxış etdiyi komanda mükafatlandırılıb
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.
Zaqreb Şəhər İdman Assosiasiya komandanı mükafatlandırıb.

Mərasimdə Emreli və komandanın düşərgəsində olan digər futbolçular iştirak ediblər.

Klubun uğurları kimi futbol üzrə Xorvatiya çempionluğu, ölkə Superkubokunun qazanılması, 2021-2022-ci il mövsümündə Avropa Liqasının pley-off mərhələsində və 2022-2023-cü il mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək göstərilib.

Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatında 41 xalla turnir cədvəlinin lideridir.

Xəbər 168 dəfə oxundu.