“Sumqayıt”ın sabiq baş məşqçisi Belarus klubu ilə anlaşıb
“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni klubu müəyyənləşib.

Belaruslu mütəxəssis ölkəsində çalışacaq. Onun “Şaxtyor”la (Soliqorsk) razılığa gəldiyi bildirilib.

Ötən il "Sumqayıt"a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib. O, “Sumqayıt”dan əvvəl məhz “Şaxtyor”da çalışıb və bu klubla Belarus çempionu olub.

Xəbər 168 dəfə oxundu.