Mundialın final oyunu polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub
Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina - Fransa matçına hakim təyinatları açıqlanıb.

Həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 182 dəfə oxundu.