Moldova klubu azərbaycanlı məşqçi ilə yollarını ayırıb
Moldovanın “Dinamo-Avto” futbol klubu azərbaycanlı məşqçi Novruz Əzimovla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mütəxəssis bu ilin sentyabrında “Dinamo-Avto”nun baş məşqçisi təyin edilmişdi. Sözügedən komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub.

Xəbər 206 dəfə oxundu.