“Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Turan Tovuz” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçisi çətin səfərdə tək qolla 3 vacib xal qazanıb – 1:0.

Yeganə qolu 73-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub. Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran paytaxt təmsilçisi üçüncü pillədə qərarlaşıb. Tovuz klubu 16 xalla 6-cı sıradadır.

Xatırladaq ki, turun əvvəl keçirilmiş oyunlarında “Qarabağ” “Qəbələ”yə (1:0), “Sumqayıt” isə “Səbail”ə (2:0) qalib gəlib, “Şamaxı” – “Zirə” (0:0) və “Kəpəz” – “Sabah” (2:2) matçlarında heç-heçə qeydə alınıb.

Xəbər 157 dəfə oxundu.