AFFA “Sabah”ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb
AFFA İntizam Komitəsi “Sabah”ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.

Buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan kuboku yarışının dörddəbir final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.

Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.

Xəbər 164 dəfə oxundu.