“Şamaxı” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb
“Şamaxı” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Bahadur Həziyevlə sözləşmənin müddəti uzadılıb.

Razılığa əsasən, 23 yaşlı yarımmüdafiəçi daha iki il yarım Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqaviləni yeniləyib.

Xəbər 162 dəfə oxundu.