2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışı başlayıb.

Azarkeşlər 20 faizlik endirim fürsətindən yalnız yanvarın 15-dək faydalana biləcəklər.

Bu il daha çox yerli azarkeşin F-1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq.

Biletlər “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıtda satılacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 186 dəfə oxundu.