Fransa millisi XXI əsrdə üç dəfə dünya çempionatlarının finalına vəsiqə qazanıb
Futbol üzrə Fransa millisi XXI əsrdə üç dəfə dünya çempionatlarının finalına vəsiqə qazanıb.

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Mərakeşi 2:0 hesabı ilə məğlub edən Fransa komandası həlledici görüşə vəsiqəni təmin edib.

Fransa seçməsi, həmçinin son yeddi dünya çempionatının 4-də final matçında oynayıb.

Komanda 1998-ci və 2018-ci illərdə keçirilən mundiallarda qızıl, 2006-cı ildə gümüş medala sahib olub.

Xəbər 161 dəfə oxundu.