Argentinalı futbolçu Xulian Alvares yeni uğura imza atıb
Argentina millisinin üzvü Xulian Alvares yeni uğura imza atıb.

O, buna Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Xorvatiya ilə yarımfinal matçında 2 qol vurmaqla nail olub. İyirmi iki yaş, 316 günlüyündə olan futbolçu braziliyalı Peledən (17 yaş, 249 gün) sonra mundialların yarımfinal və ya final matçında dubl edən ən gənc oyunçu adını qazanıb.

Qeyd edək ki, Alvares Argentina millisində 2021-ci ilin iyununda debüt edib. O, komandanın heyətində 18 oyunda 7 qol vurub.

Xəbər 174 dəfə oxundu.