Bakı şahmat üzrə dünya kuboku yarışına ev sahibliyi edəcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti dəfə Azərbaycana böyük etimad göstərib.

FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan dünya kubokunun yarışının təşkilatçılığını Azərbaycana həvalə edib.

Mötəbər yarış Bakıda 2023-cü il iyulun 29-dan avqustun 26-dək təşkil olunacaq.

Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə analoji yarışa ev sahibliyi edib.

Xəbər 176 dəfə oxundu.