Fransa yoxsa Mərakeş?
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün növbəti finalçı müəyyənləşəcək.

ikinci yarımfinal oyununda Mərakeş və Fransa milli komandaları üz-üzə gələcəklər.

“Al Beyt” stadionunda oynanılacaq matçı meksikalı FIFA referisi Sezar Ramos idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dekabrın 18-də keçiriləcək final matçında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 175 dəfə oxundu.