Aleks Ferqyuson Çempionlar Liqasındakı rəqibi “Kluj”dan çəkinir
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson Çempionlar Liqasındakı rəqibi “Kluj”dan çəkinir. Şotlandiyalı mütəxəssis müdafiəyə xüsusi diqqət yetirəcək.

Həftə sonu evində “Tottenhem”ə məğlub olan Ferqyuson komandasında psixoloji vəziyyətin yaxşı olduğunu, lakin rəqiblərinin də zəif olmadığını bildirib: “Ötən mövsümdə Evans və Ferdinand olarkən müdafiədə yaxşı oynayırdıq. “Kluj”un göstərdiyi oyun isə göz qabağındadı. Komanda olaraq əldə etdikləri topla cəld hücum qurmaq gücünə malikdi. Mən heç vaxt rəqibimi zəif görmürəm”.

Xəbər 1219 dəfə oxundu.