Messi məhsuldar ötürmələrin sayında rekorda imza atıb
Argentinalı hücumçu Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində məhsuldar ötürmələrin sayında rekorda imza atıb.

Forvard Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisi ilə yarımfinal oyununda sonuncu qolun (3:0) vurulmasında iştirak edib. Belə ki, Xulian Alvares Messinin ötürməsini qolla tamamlayıb. Bu, hücumçunun dünya çempionatlarının pley-off mərhələsində 6-cı məhsuldar ötürməsi olub.

Messi rekordunu dörddəbir final mərhələsində Niderland ilə oyunda müəyyənləşdirsə də, yarımfinal matçında onu yaxşılaşdırıb.

Əvvəllər rekord Peleyə məxsus olub – 4 məhsuldar ötürmə.

Xəbər 261 dəfə oxundu.