“Neftçi” Antalyada dörd yoxlama oyununda gücünü sınayacaq
Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Bakı təmsilçisi yanvarın 4-dən 20-dək Antalyada təlim-məşq toplanışı keçəcək.

Komanda Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, ayın 19-da isə “Srvena Zvezda” (Serbiya) klubu ilə qarşılaşacaq.

Xəbər 175 dəfə oxundu.