Novak Cokoviç “Australian Open-2023”ün iştirakçıları sırasında yer alıb
Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin iştirakçıları sırasında yer alıb.

Gələn il yanvarın 16-29-da keçiriləcək və mövsümün ilk “Böyük dəbilqə” turnirinin əsas püşkatmalarında iştirak edəcək tennisçilər məlum olub.

Serbiyalı tennisçi N.Cokoviç “Böyük dəbilqə” seriyasından olan “Australian Open-2023”ün əsas püşkatmalarında iştirak edəcək.

N.Cokoviç qazandığı doqquz çempionluqla bu turnirin tarixində ən uğurlu tennisçisidir.

Xatırladaq ki, COVID-19 peyvəndi tələbi səbəbindən N.Cokoviçin “Australian Open” turnirində iştirakına icazə verilməmişdi. Belə ki, serbiyalı tennisçi həmin turnirdə oynamaq üçün getdiyi Avstraliyada sərhəd orqanları tərəfindən saxlanılmışdı. Avstraliya Federal Məhkəməsi isə tennisçinin vizasını ləğv etmişdi

Xəbər 261 dəfə oxundu.