Mundialda edilən xəbərdarlıqların sayına görə rekord müəyyənləşib
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin Niderland-Argentina oyununda göstərilən vərəqələrin sayına görə rekord müəyyən edilib.

Hakim matç ərzində 15 xəbərdarlıq edib. Onlardan yeddisini hollandlar, səkkizini isə argentinalılar alıb.

Xatırladaq ki, əvvəlki rekord 2002-ci il dünya çempionatında Kamerun və Almaniya milli komandalarının matçında qeydə alınıb - o zaman 12 sarı və iki qırmızı vərəqə göstərilmişdi.

Qeyd edək ki, Niderland-Argentina qarşılaşmasının əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Oyunun əlavə vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında isə Argentina yığması daha güclü olub - 4:3.

Dünya çempionatının yarımfinalında Argentina Xorvatiya yığması ilə qarşılaşacaq.

Xəbər 186 dəfə oxundu.