Messi dünya çempionatında Pelenin rekordunu yeniləyib
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının 1/4 finalında Niderland ilə matçda assistə imza atıb.

Bu barədə “Opta Sports” Teleqram kanalında məlumat yayıb.

Otuz beş yaşlı hücumçu üçün bu, dünya çempionatının pley-off matçlarında 5-ci məhsuldar ötürmədir. Bu göstəriciyə görə o, braziliyalı sabiq hücumçu Peleni (4) keçib.

Xəbər 185 dəfə oxundu.