Braziliya millisinin baş məşqçisi istefa verdi
Braziliya millisinin baş məşqçisi Tite komandasının Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasından sonra istefa verdiyini açıqlayıb.

Bu barədə baş məşqçi oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Dediyim kimi, mənim dövrüm bitdi. Mən bunu bir il yarım əvvəl demişəm və sözümün də ağasıyam”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Tite 2016-cı ildən komandanın baş məşqçisidir.

Xəbər 208 dəfə oxundu.