Argentinalı azarkeşlər Braziliya yığmasının mundialla vidalaşmasını bayram ediblər
Argentina millisinin azarkeşləri Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığmasının mübarizəni dayandırmasını bayram ediblər.

“Lusail” stadionunda keçirilən Xorvatiya – Braziliya oyununda penalti seriyasında Cənubi Amerika təmsilçisi rəqibinə 2:4 hesabı ilə məğlub olub. Argentinalı azarkeşlər isə bunu emosional şəkildə bunu qeyd ediblər.

Xorvatiya millisi yarımfinalda hazırda oynanılan Niderland-Argentina oyununun qalibi ilə qarşılaşacaq. Hazırda Argentina millisi 1:0 hesabı ilə öndədir. Matçda Nauel Molina fərqlənib.

Xəbər 260 dəfə oxundu.