Türkiyədəki təlim-məşq toplanışında Azərbaycanın 23 cüdoçusu iştirak edir
Azərbaycan cüdoçuları Türkiyədə beynəlxalq təlim-məşq toplanışında hazırlıq keçirlər.

Antalya şəhərindəki toplanış dekabrın 20-22-də İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək “Masters” turnirinə hazırlıq məqsədi daşıyır. Dekabrın 15-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandanın 15, qadınlardan ibarət yığmanın isə 8 cüdoçusu iştirak edir.

İdmançılarımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadın yığmasının baş məşqçisi Rəşad Məmmədov, məşqçisi Elnur İsmayılov və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.

Xəbər 226 dəfə oxundu.