Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq
Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq.

Niderland Qran-Prisinin təşkilatçıları 2023-cü ildə başa çatacaq müqavilənin müddətini daha iki il uzadıldığını elan ediblər.

Gələn il Niderland Qran-Prisi avqustun 25-27-də Zandvurtda təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 28-dən 30-dək Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 263 dəfə oxundu.