Xorvatiya millisi Braziliyaya, Niderland seçməsi isə Argentinaya qarşı
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün dörddəbir final mərhələsinə start veriləcək.

Günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. “Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

Xəbər 169 dəfə oxundu.