“Qarabağ”-“Qəbələ” - 2:2
Futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin daha bir matçı oynanılıb.

Turnirin son qalibi “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Azersun Arena”da keçirilən oyunda "Qarabağ"ın heyətində Musa Qurbanlı dubl edib. Rəqib komandanın qollarını Emil Səfərov və Omar Hani vurublar.

Komandalar arasında cavab matçı dekabrın 19-da oynanılacaq.

Günün ilk görüşündə “Zirə” öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Xəbər 170 dəfə oxundu.