Şahmatçımız İspaniyada blits turnirində qızıl medal qazanıb
Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib.

Təmsilçimiz doqquz turdan 7,5 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, şahmatçımız yarışın güclü A turnirində isə mübarizəsini davam etdirir. Belə ki, səkkiz turun nəticəsinə görə E.Səfərli 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız sinqapurlu Tin Jingyao ilə oynayacaq.

Xəbər 188 dəfə oxundu.