Kim haraya?
Cari mövsümdə ölkəmizi Avropa Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət “Lokomotiv”, “Azərreyl” və “Rabitə” klubları hazırlıq məqsədi ilə ölkə kənarına üz tutublar. İdman.com.az saytının məlumatına görə, ilk adı çəkilən komanda bu gün İtalyanın Milan şəhərinə yola düşüb. Təlim-məşq toplanışı çərçivəsində debütantımız Appenində yerli “Yamamay”, “Novara” və “Piacenza” kollektivləri ilə yoxlama matçında gücünü sınayacaq.

Sabah voleybolumuzun flaqmanı “Azərreyl” Türkiyəyə səfər edəcək. “Dəmiryolçular” 3-5 oktyabrda İstanbulda təşkil olunacaq “Deger Erayber” beynəlxalq yarışında mübarizə aparacaq. Rəqiblər müvafiq olaraq “Bəkirgöy Bələdiyyəsi Yaşılyurd”, “Tomis” (Rumıniya) və “Qalatasaray” klubları olacaq.

Ölkə çempionu “Rabitə” də Türkiyəyə yollanacaq. Məqsəd klublar arası dünya çempionatına hazırlıqdır. Bu yarışın son qalibi İstanbulda “Əczacıbaşı”, “Dinamo”M (Rusiya) və “TED kollecləri” ilə qarşılaşacaq. nin iştirak etdiyi turnirdə öz qüvvələrini sınayacaqlar. Oktyabrın 3-də qonşu ölkəyə yola düşəcək “Rabitə”, ayın 7-də Vətənə dönəcək.

Xəbər 1057 dəfə oxundu.