“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsinə Antalyada hazırlaşacaq
“Sumqayıt” futbol klubu Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığını Antalyada keçirəcək.

Gələn il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 2 yoxlama oyununda gücünü sınayacaq.

Yanvarın 12-nə və 17-nə nəzərdə tutulan qarşılaşmalardakı rəqiblər hələ müəyyənləşməyib.

Xəbər 182 dəfə oxundu.