3 güləşçiyə 3 qızıl
Batumi şəhərində Gürcüstanın dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. İdman.com.az saytının xəbərinə görə, turnirdə bizdən 3 idmançı iştirak edib.

Məşqçi Akif Əliyevin rəhbərliyi ilə güləşçilərimizin hamısı fəxri kürsünün ən yüksək pilləsində çıxıb: Kərim Cəfərov (50 kq), Murad Məmmədov (60 kq) və Amil Əhmədov (66 kq) baş mükafatını qazanıblar.

Xəbər 1035 dəfə oxundu.