Həmvətənimiz karate-kempo üzrə XXVI dünya çempionatında qızıl medal qazanıb
Avstriya Azərbaycanlılar Assosiasiyasının rəhbəri Fərid Əzizov karate-kempo üzrə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş XXVI dünya çempionatında qızıl medal qazanıb.

Bütün rəqiblərinə qalib gəlmiş F.Əzizov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

F.Əzizov medalların təqdim olunması mərasimində çıxış edərək Diasporla İş üzrə Dövlət Komitəsi adından çempionatın təşkilatçılarına Azərbaycan mədəniyyətinin rəmzi olan suvenirlər təqdim edib. O, çempionatda qələbəsini Vətən uğrunda canlarından keçmiş şəhidlərə həsr etdiyini bildirib.

Xəbər 272 dəfə oxundu.