Qonsalu Ramuş mundiallarda het-trik edən dördüncü portuqaliyalı futbolçudur
Qonsalu Ramuş Portuqaliya millisinin heyətində dünya çempionatlarında het-trik edən dördüncü futbolçu olub.

Hücumçu Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsi çərçivəsində İsveçrə yığması ilə matçda üç qol vurub.

Qeyd edək ki, 2018-ci ildə Kriştiano Ronaldo İspaniya (3:3), 2002-ci ildə Pedro Pauleta Polşa (4:0), 1966-cı ildə Eysebio KXDR (5:3) ilə görüşdə het-trik edib.

Xəbər 194 dəfə oxundu.