Ronaldo dünya çempionatında ən çox oyundankənar vəziyyətə düşən futbolçudur
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatında ən çox oyundankənar vəziyyətə düşən futbolçudur.

Futbolçu cari mundialda 7 dəfə belə hal ilə üzləşib.

Təcrübəli forvard son olaraq İsveçrəni 6:1 hesabı ilə məğlub etdikləri pley-off matçında uğursuzluqla üzləşib. Otuz yeddi yaşlı hücumçu oyunun 83-cü dəqiqəsində topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. Hücumçu 5 dəfə oyundankənar vəziyyətə düşüb.

Qeyd edək ki, Portuqaliya millisi dörddəbir finalda Mərakeş seçməsi ilə üz-üzə gələcək.

Xəbər 172 dəfə oxundu.