Serxio Buskets İker Kasilyas və Serxio Ramosun rekordunu təkrarlayıb
İspaniya millisinin futbolçusu Serxio Buskets həmyerliləri – qapıçı İker Kasilyas və müdafiəçi Serxio Ramosun rekordunu təkrarlayıb.

Qətərdə keçirilən dünya çempionatı çərçivəsində Mərakeş millisi ilə pley-off matçı S.Busketsin İspaniya seçməsinin heyətində 17-ci oyunu olub. İ.Kasilyas və S.Ramos da İspaniya millisinin heyətində eyni sayda matça çıxıblar.

Mərakeş seçməsi dörddəbir finalda Portuqaliya – İsveçrə matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi Braziliya ilə qarşılaşacaq.

Xəbər 219 dəfə oxundu.