“Neftçi” – “Qarabağ” oyununu 7 min tamaşaçı izləyib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” oyununu (0:4) 7 min tamaşaçı izləyib. Bu, mövsümün ikinci göstəricisidir.

Yalnız “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb. XIV turun görüşündə 10 min seyrçi olub.

Daha 4 matçda 5 min və ya daha çox tamaşaçı olub. Üçüncü turun “Turan Tovuz” – “Qarabağ” (0:2) oyununda 5 min 800, birinci turun “Turan Tovuz” – “Qəbələ” (0:2), üçüncü turun “Sabah” – “Neftçi” (2:1) qarşılaşmalarında 5 min 500, altıncı turun “Turan Tovuz” – “Kəpəz” (2:0) görüşündə 5 min seyrçi olub.

Xəbər 174 dəfə oxundu.