"Sumqayıt" "Bakı"nı da məyus etdi
Bu gün Topaz Premyer Liqasının VII turunun daha 2 oyunu keçirilib. İdman.com.az saytının xəbərinə görə, bu qarşılaşmalardan birincisi Bakıda, digəri Sumqayıtda baş tutub.

Sonuncu turda "Neftçi"ni 3:2 hesabı ilə məğlub etməklə sürpriz edən "şəhərlilər"ın növbəti rəqibi də paytaxt təmsilçisi olub. Bernard Raabın rəhbərlik etdiyi kollektiv "ağ-qaralar"dan sonra "Bakı"nı başıaşağı yola salıb.

Paytaxt təmsilçisi "Rəvan"la "Kəpəz" "Bayıl Arena"da üz-üzə gəliblər. Özü də meydan sahibləri bu matça yeni baş məşqçiləri Kamal Alispahiçin rəhbərliyi ilə çıxıb. Debüt bosniyalı mütəxəssisin üçün uğurlu alınmayıb. 3-qat Azərbaycan çempionu mövsümdə 2-ci qələbəsini qazanıb.
Qeyd edək ki, turun “İnter” – “Neftçi” görüşü təxirə salınıb.

Topaz Premyer Liqası. VII tur
30 sentyabr

“Sumqayıt” – “Bakı” - 1:0
Qol: Pərdis Fərcad Azad , 38
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İlham Əliyev, Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Rəvan” – “Kəpəz” - 1:2
Qol: Varela, 40 - Yuri Fomenko, 27; Bəxtiyar Soltanov, 44
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Azər Əsgərov, Ramil Əhmədov
Bakı. “Bayıl-Arena” stadionu

Xəbər 846 dəfə oxundu.