1/4 finala hansı komandalar vəsiqə qazandı?
17 yaşlı futbolçu qızlar arasında Azərbaycanda təşkil olunmuş Dünya Kuboku davam edir. İdman.com.az saytının xəbərinə görə, bu gün “C” və “D” qruplarında növbəti görüşlər keçirilib. İlk adı çəkilən qrupunun lideri Yaponiya millisi Meksika yığmasına böyük hesabla qalib gəlib. Digər matçda Braziliya Yeni Zelandiyadan üstün olub. Bununla da hər iki komanda 1/4 finala vəsiqə qazanıb.

“D” qrupunda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Almaniya millisi Uruqvayla üz-üzə gəlib. Digər oyunda lider Çin millisi qrupdan çıxmaq şanslarını saxlayan Qananı sınağa çəkib. Almaniya və Qana qalib gərərək növbəti mərhələyə yüksəliblər. Bununla da DÇ-nin bütün 1/4 finalçıları bəlli olub.

Qeyd edək ki, bundan əvvəl ötən gün “A” və “B” qruplarında keçirilən oyunlardan sonra Nigeriya, Kanada, Fransa və KXDR komandaları 1/4 finala vəsiqə qazanmışdılar.

Dünya Kuboku. 17 yaşadək qızlar
30 sentyabr, III tur

“C” qrupu

Yaponiya - Meksika - 9:0
Hakimlər: Morag Pirie (Şotlandiya), Nicolet Bakker (Hollandiya), Judit Romano (İspaniya), Claudia Umpierrez (Uruqvay)
"Şəfa" stadionu

Yeni Zelandiya - Braziliya - 3:4
Hakimlər: Hyang Ok Ri, Kum Nyo Hong (hər ikisi - Koreya XDR), Lingling Zhang (Çin), Aissata Amegee (Toqo)
8 KM stadionu

1.Yaponiya 3 3 0 0 17-0 9
2.Braziliya 3 2 0 1 5-8 6
3.Meksika 3 1 0 2 1-10 3
4.Yeni Zelandiya 3 0 0 3 3-8 0

“D” qrupu

Almaniya - Uruqvay - 5:2
Hakimlər: Gillian Martindale (Barbados), Suzanne Morisset (Kanada), Milagros Leonarde (Dominikan Respublikası), Etsuko Fukano (Yaponiya)
Lənkəran şəhər Mərkəzi stadionu

Çin - Qana - 0:2
Hakimlər: Jana Adamkova, Lucie Ratajova, Adriana Secova (Çexiya), Karolina Radzik-Johan (Polşa)
8 KM stadionu

1.Almaniya 3 2 1 0 8-4 7
2.Qana 3 2 0 1 8-2 6 3
3.Çin 3 1 1 1 5-3 4
4.Uruqvay 3 0 0 3 2-14 0

Xəbər 1020 dəfə oxundu.